İQTİSADİYYAT20.5.2024 19:40

Rəisinin qəzaya uğramış helikopteri heç bir fövqəladə siqnal verməyib - Nazir

2332

İran prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopteri heç bir fövqəladə vəziyyət siqnalı verməyib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, avtomobilin qəza siqnalının ötürülməsi sistemi yox olub və ya sıradan çıxıb.

"İran bizim dəniz və havada axtarış-xilasetmə üçün məsuliyyət daşıdığımız ərazimiz daxilində olan ölkədir. Buna görə də biz bütün hava və dəniz vasitələrinin siqnallarını izləyirik. İlk növbədə, helikopterin siqnal verib-vermədiyini izlədik, bunun ardından dərhal İran tərəfi ilə əlaqə saxladıq. Belə məlum oldu ki, helikopterdəki siqnal sistemi ya sönmüşdü, ya da ki, ümumiyyətlə, yox imiş", - o deyib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

YUXARI