CƏMİYYƏT20.5.2024 20:14

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir

2220

Mayın 20-si saat 19:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Gədəbəy, Qəbələ, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Xaltan, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Astarada arabir yağış, Şahdağda isə qar yağır.

Yağan leysan yağışlar nəticəsində saat 19:00 radələrindən Ağsu rayonu ərazisindən axan Ağsuçaydan sel keçir.

YUXARI