MƏDƏNİYYƏT10.6.2021 12:44

Ramiz Əzizbəyli ilə vida mərasimi keçirilir

775

Ötən gün vəfat edən xalq artisti, kinorejissor Ramiz Əzizbəyli ilə vida mərasimi başlayıb. Report xəbər verir ki, mərhumun nəşi xəstəxanadan götürülərək evinə gətirilib.

Xalq artistinin yaşadığı binanın həyətində keçirilən mərasimdə R.Əzizbəylinin ailə üzvləri, yaxınları və sənət dostları iştirak edirlər.

O, Bakının "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, R.Əzizbəyli uyunun 9-da Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalda dünyasını dəyişib.

Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.

YUXARI