MƏDƏNİYYƏT14.2.2024 09:00

"Qurdlar Vadisi Xaos" tezliklə...

5359

Türkiyədə müəyyən dönəmdə reytinq rekordları qıran və hələ də böyük marağa sahib “Qurdlar Vadisi” teleserialının yeni seriyaları yayımlanacaq.

Kult.az xəbər verir ki, “Qurdlar Vadisi Xaos”un yayımlanacağı konkret tarix açıqlanmayıb.

Ekran əsərində yenə baş rol - Polad Ələmdarı aktyor Necati Şaşmaz canlandıracaq.

Serialda yer alacaq aktyorlar rəsmi açıqlanmasa da, Cahid Kayaoğlu, Defne Samyeli, Ərhan Ufak kimi adların olacağı söylənilir.

Yeni bölümlərin Acun Ilıcalının sahibi olduğu “Exxen” platformasında yayımlanacağı iddia edilir.

YUXARI