MƏDƏNİYYƏT3.12.2022 18:30

Qobustan Qoruğu məktəbliləri yarışa səsləyir

844

Qobustan Milli Tarix-Bədii Qoruğu məktəblilər üçün yeni layihə - “Muzey mədəniyyəti məktəbdən başlayır” yarışmasını təşkil edir.

Qoruq ərazisində yerləşən muzeyi və abidələri ziyarət edən məktəblilər, ziyarət zamanı burada kollektiv şəkil çəkdiriblərsə, fotoşəkilləri dekabrın 10-dək Qoruğun [email protected] e-mail ünvanına göndərməklə yarışa qatıla bilərlər.

Bu barədə Qobustan Milli Tarix-Bədii Qoruğundan məlumat verilib. Bildirilib ki, yarışın şərtlərinə əsasən, Qoruğun sosial hesablarındakı səhifədə bəyənmə və paylaşma sayı daha çox olan məktəbli kollektivinin fotosu qalib hesab olunacaq və onlara həvəsləndirici hədiyyələr təqdim ediləcək.

Yarışmanın keçirilməsi Qobustan abidələrinin məktəblilər arasında daha geniş şəkildə təbliği məqsədi daşıyır.

Yarışın qalibi dekabrın 15-də elan olunacaq.

YUXARI