CƏMİYYƏT6.12.2023 08:00

Qoa Danyel: Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizəmizi davam edəcəyik

6121

1998-ci ildə dekolonizasiya prosesinə başlanıldı və qarşıdan gələn il bu proses başa çatır. Ancaq 3-cü referendumdan sonra Fransa dövləti bildirdi ki, 25 il əvvəl başlayan prosesi dayandırırıq, yeni prosesə başlayırıq. Reallıq isə tamamilə başqadır. Bizə əxlaqsız münasibət göstərirlər.

Bu fikirləri Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Qoa Danyel AZƏRTAC-a müsahibəsində deyib.

“Fransa daxili işlər, iqtisadiyyat nazirləri ölkəmizə gəldilər. İndi də silahlı qüvvələr naziri gəlib. Bu, Fransa dövlətinin bizə qarşı üç hücumdur. Daxili işlər naziri J.Darmanın gələndə əhalini səfərbər olmağa, nümayişə çağırdıq. Noyabrın sonunda olan bu etiraz yürüşünə 6 min insan qatıldı. İndi isə silahlı qüvvələr naziri gəlib və ölkəmizdə hərbi baza yerləşdirilməsinə etiraz olaraq, biz yenidən səfərbər olmağa çağırış etdik. Bugünkü nümayişdə isə 10 mindən çox insan iştirak edib. Ancaq bu bizim son nümayişimiz deyil”, - deyə Q.Danyel ölkələrinin müstəqilliyi və suverenliyi uğrunda mübarizəni dayandırmayacaqlarını deyib.

Qeyd edib ki, Fransa Kanakı hərbi baza kimi istifadə etmək istəyir, ancaq biz buna yox deyirik. Fransa bunu bizim razılığımız olmadan edə bilməz. İqtisadiyyat nazir də bizi səlahiyyətimizdə olan şaxtalardan mərhum etməyə gəlmişdi. Bu gün artıq şaxtalara əl qoyublar. Bizə malik olanı bərpa etmək istəyirik. Fransa şaxtalarla bağlı yeni məcəllə hazırlamaq istəyir ki, bu məcəllə şaxtaçılara Yaponiya kimi başqa ölkələrə gedib, daha yaxşı alıcı axtarmağa imkan verməyəcək. Bu məcəllə şaxtaçıları əldə etdikləri məhsulu Avropaya ucuz satmağa məcbur edəcək. Bütün bunlar məqsədlərimizə uyğun gəlmir. Fransa naziri J.Darmanın isə jandarmlarını gətirmək, burada mövqeyini möhkəmləndirmək istəyir. Onda artıq bu nümayişlərdə olmayacaq. Jandarm və hərbçilərin sayı artır. Biz isə 25 il əvvəl müstəqilliklə bağlı saziş imzalayıb prosesə başlamışıq. Gələn il sazişin müddəti bitir və inkişaf olmalıdır. Ancaq Fransa dövləti hər şeyi sındırır və tamamilə başqa istiqamətdə işə başlamaq istəyir. Biz isə bunu qəbul etməyəcəyik.

YUXARI