KRİMİNAL13.10.2021 12:47

Qəzada yaralananların vəziyyəti ağırdır – Son vəziyyət

2161

Hadisə ilə əlaqədar reanimasiyaya daxil olan 6 xəstədən 1-i hazırda əməliyyatdadır. Vəziyyəti çox ağırdır. Reanimasiyada yatan 5 xəstənin 4-ü qadın, 1-i kişidir. Bu sözləri Axar.az-a Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyev deyib.

“Yarlılarda müxtəlif zədələr var. Ən çox kəllə-beyin, döş qəfəsinin zədələnməsi, sağ ətrafın baldırının amputasiyası müşahidə olunur. Bir qızda isə sol biləyin yaralanması halı var. Hazırda yaralılara həkimlər nəzarət edir. Xəstələrə müvafiq yardımlar göstərilib. Müalicələri davam etdirilir. 2 nəfərin həyatı risk altındadır. Xəstəxanaya gətirilənlər arasında uşaq yoxdur. Əməliyyatda olan xəstənin döş qəfəsi əzilib, qarın boşluğu orqanları partlayıb, çoxlu qan itirib. Travmatik-hemorragik şoka girib. Hazırda ona bütün yardımlar göstərilir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 nömrə nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobus aşıb. Hadisə zamanı hazırki məlumata görə, 5 nəfər ölüb, 20-dən çox şəxs yaralanıb.

YUXARI