İQTİSADİYYAT23.6.2022 12:40

Qeyri-neft məhsullarının ixracı 30 faizdən çox artıb

2913

Bu ilin ilk beş ayında qeyri-neft məhsullarının ixracı 30 faizdən çox artıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri-neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir.

Bu ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9% artaraq 1 mlrd. 188 mln. dollar təşkil edib", - nazir deyib..

YUXARI