DÜNYA3.9.2024 02:00

Qazaxıstanda AES-lə bağlı referendum keçiriləcək

28846

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev 2024-cü il oktyabrın 6-da ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı referendumun keçirilməsi haqqında fərman imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“2024-cü il oktyabrın 6-da ölkədə referendum keçirilməsi haqqında fərman verirəm. Referendum aşağıdakı sual ilə bağlı olacaq: “Qazaxıstanda AES tikintisi ilə razısınızmı?”, - fərmanda deyilir.

Qeyd olunur ki, ölkə hökumətinə Mərkəzi Seçki Komissiyası, digər mərkəzi dövlət və yerli icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlər görmək tapşırılıb.

“Biz uzunmüddətli milli maraqları və ölkəmizin xüsusiyyətlərini nəzərə alaraq gələcək haqqında düşünməliyik. Ona görə də mən həmişə AES-in tikintisi məsələsi ilə bağlı düşünülmüş qərarın qəbul edilməsinin, strateji planların cəmiyyətdə geniş müzakirə olunmasının vacibliyində israr etmişəm”, - Tokayev bildirib.

YUXARI