GÜNDƏM26.9.2023 14:58

Qarabağın erməni sakinlərinə 64 ton yanacaq göndərilib - Prezident Administrasiyasının AÇIQLAMASI

1460

2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yola salınıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında deyilir.

YUXARI