CƏMİYYƏT2021.10.13 19:00

Qarabağ münaqişəsi artıq başa çatıb, indi sülh haqqında danışmaq vaxtıdır - Allahşükür Paşazadə

10

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında suveren hüquqları əsasında BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa etdi. Qarabağ münaqişəsi artıq başa çatıb, indi gələcək haqqında, sülh haqqında danışmaq, regionu sabit və təhlükəsiz etmək vaxtıdır.

Trend-in məlumatına görə, bunu Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin ilə görüşü zamanı deyib.

A.Paşazadə bildirib ki, iki ölkə arasında silahlı qarşıdurmaya son qoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 Noyabr 2020-ci il tarixli Bəyannaməsinin imzalanmasından sonra yaranmış vəziyyət Cənubi Qafqazda yeni bir dövr üçün imkanlar yaradır: “Bundan sonra revanşist ritorikaya, qisas çağırışlarına, Ermənistanla Azərbaycan arasında düşmənçiliyə yer olmamalı və xalqlarımızın xeyrinə əməkdaşlıq başlamalıdır.

Azərbaycanın siyasi-coğrafi xəritəsində "Dağlıq Qarabağ" adlı vahid yoxdur. Bu gün Xankəndidə və ona bitişik yaşayış məntəqələrində yaşayan ermənilər digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır və Azərbaycan qanunvericiliyinə riayət etməyə borcludurlar. Statusa gəlincə, Azərbaycan üçün bu məsələ müzakirə mövzusu deyil”.

YUXARI