Qarabağ müharibəsi ilə bölgədə yeni dövr başlayıb. TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgəmizdə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər. Erməni xalqı və onların rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar. Digər dövlətlər öz maraqları üçün Ermənistanı irəliyə ataraq ən böyük zərəri ermənilərə vurdular. " - deyə o qeyd edib.
Ərdoğan, Ermənistanı Azərbaycanın təklif etdiyi sülhü qəbul etməyə çağırıb.