MƏDƏNİYYƏT12.4.2022 11:50

“Qarabağ Azərbaycandır” adlı konsert proqramı təqdim ediləcək

5579

Aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində “Qarabağ Azərbaycandır” adlı konsert proqramı təqdim olunacaq.

Mərkəzdən bildirilib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Xan Şuşinski Fondunun təşkilatçılığı ilə reallaşacaq layihədə görkəmli xanəndələr, musiqi xadimləri və Dövlət Rəqs Ansamblının çıxışları nəzərdə tutulub.

Vətən müharibəsində Qələbəmizin pozitiv ruhlarına köklənən gecədə dövlət rəsmiləri, diplomatik korpus nümayəndələri iştirak edəcək.

Tədbirə giriş dəvətnamə ilədir.

YUXARI