MƏDƏNİYYƏT26.5.2022 18:40

Qala divarlarında bərpa işləri davam etməkdədir

743

İçərişəhərdə dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, arxeoloji, mühafizə, bərpa işlərinin aparılması, tarixi-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, eləcə də ənənəvi küçə şəbəkələrini olduğu kimi saxlamaqla turizm infrastrukturu qurulması sahəsində əsaslı işlərin aparılması İdarənin prioritet fəaliyyət istiqamətlərindən biridir.

Bu barədə idarənin mətbuat xidmətindən verilən məlumatda deyilir. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.

Memarlıq abidələri üzərində aparılan bərpa işləri Avropanın aparıcı bərpa şirkətləri ilə birlikdə və yerli mütəxəssisləri cəlb etməklə həyata keçirilir. Bərpa işləri beynəlxalq standartlara cavab verən ən müasir texnologiyalar ilə həyata keçirilir.

Bərpa və konservasiya işləri zamanı İçərişəhər ərazisində yerləşən abidələrin qədimliyi və ənənəvi memarlıq üslubu qorunub saxlanılır, burada yaşayan əhalinin təhlükəsizliyi təmin edilir. Bunu nəzərə alaraq, Azərbaycan Memarlar İttifaqının, Azərbaycan Milli Elmlər Akademiyasının və digər yerli ixtisaslaşmış təşkilatların mütəxəssis və memarları ilə məsləhətləşmələr edilir, müvafiq standartlara uyğun xüsusi qurğu və avadanlıqlar tətbiq edilərək həyata keçirilir. Hər bir iş icra edilmədən öncə bu sahədə ətraflı təhlillər aparılır, hazırlıq işləri görülür, daha sonra işin planı təsdiq edilərək, ona uyğun həyata keçirilir.

“İçərişəhər” DTMQ İdarəsi tərəfindən hər il olduğu kimi tarixi abidələrimizin qorunub saxlanması məqsədilə bərpa-restavrasiya planına əsasən aparılan işlər 2022-ci ildə də davam etdirilir. İdarə İçərişəhərin bütün Qala divarları boyunca konservasiya prosesi planını nəzərdən keçirməkdədir və bu plana uyğun olaraq hazırda bərpa işləri aparılır. Bu planın qarşıdakı illər ərzində tədricən həyata keçirilməyi nəzərdə tutulur. Bərpa və konservasiya işləri zamanı İdarə qabaqcıl dünya təcrübəsinin tətbiqinin önəmini anlayaraq bu sahədə beynəlxalq yenilikləri daim diqqətdə saxlayır.

"İçərişəhər" DTMQ İdarəsi hər zaman milli tariximizin və mədəniyyətimizin nadir incisi olan qədim İçərişəhərin qorunması və saxlanması üçün lazımi tədbirlər görülməkdədir.

YUXARI