CƏMİYYƏT15.3.2023 13:46

Qafqaz Müsəlmanları İdarəsi Ramazan təqvimini açıqlayıb

2731

Qafqaz Müsəlmanları İdarəsi Ramazan təqvimini açıqlayıb. Ramazan ayının başlaması martın 23-ünə təsadüf edir. Qədr (Əhya) gecələri isə aprelin 9, 11, 13 və 17-də olacaq. Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır.

Mübarək Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilib. Digər bölgələr Mübarək Ramazan ayının təqvimini qafqazislam.com saytında yerləşdirilən ənənəvi namaz vaxtları ilə tənzimləsinlər.

YUXARI