KRİMİNAL11.10.2021 19:00

Qadınları xaricə satan Quba şəhər sakini həbs olundu

1654

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Quba şəhər sakinini həbs edib.

Quba şəhər sakini Zeynəb Əlibaba qızı Məmmədovanın Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə xaricinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Zeynəb Əlibaba qızı Məmmədova Cinayət Məcəlləsinin 144-1.1, 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

YUXARI