XƏBƏRLƏR18.5.2022 12:00

Putinə buna görə biz yalvardıq, Bakı yox - Marukyan

143

Aprel döyüşləri altı il əvvəl baş verib, lakin onun ətrafındakı sirlər hələ də aktuallığını qoruyur. Axar.az xəbər verir ki, bunu erməni diplomat Edmon Marukyan deyib.

“Maraqlıdır, Vladimir Putindən sonda bu silahlı toqquşmanı dayandırmağı kim xahiş edib – Bakı, yoxsa İrəvan? Hətta xahiş etmək çox yumşaq səslənir, yalvardılar. İndi də aydın oldu ki, bu, erməni tərəfi idi. Keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun Azərbaycanın guya 2016-cı il aprelin 5-də hərbi əməliyyatları dayandırmaqla bağlı Rusiyadan xahiş etməsi barədə açıqlamasını şübhə altına alıram. Dördgünlük müharibə zamanı Azərbaycan çox güclü strateji mövqelər ələ keçirdi, ona görə də müharibənin dayandırılmasını tələb edə bilməzdi. Mənim əlimdə təkzibolunmaz sübutlar var ki, Moskvaya hərbi əməliyyatları dayandırmaq üçün yalvaran məhz İrəvan olub. İstəmirəm özümüzü, xalqımızı aldatmağa davam edək”, - Marukyan bildirib.

YUXARI