DÜNYA15.10.2021 19:20

Putindən mesaj: Onlar rus dilini bilməlidir

1438

Rusiyaya gələn əcnəbilər rus dilini bilməli və ölkənin nə olduğunu anlamalıdırlar.

Axar.az xəbər verir ki, bunu MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.

“Hamımız yaxşı anlayırıq və bilirik ki, Rusiyada MDB ölkələrindən nə qədər əmək miqrantı çalışır. Sizin və bizim üçün vacib odur ki, insanlar adaptasiya olub, Rusiyada normal həyata rahat daxil olsunlar. Minimum rus dilini bilmək, Rusiyanın nə olduğunu anlamaq lazımdır”, – deyə o bildirib.

YUXARI