CƏMİYYƏT17.5.2021 14:12

Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov

1077

Rusiya prezidenti Vladimir Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına heç bir alternativ görmür. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, V.Putin həmin razılaşmaların icrasına alternativin olmadığını hesab edir:

"İndi sərhəddə gərginliyin azaldılması və vəziyyətin düzəlməsi üçün ciddi səylər göstərilir".

D.Peskov əlavə edib ki, Rusiya Qarabağda vəziyyətin tənzimlənməsi məsələsində daim Azərbaycan və Ermənistanla təmasdadır.

YUXARI