KRİMİNAL27.5.2023 14:30

Prokurorluq Tovuzda mina partlayışı barədə məlumat yayıb

479

Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

YUXARI