CƏMİYYƏT15.6.2021 09:32

Prezident Rövşən Rüstəmova vəzifə verdi

156

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib. Report xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Rövşən Mürvət oğlu Rüstəmova həvalə olunub. O, bu təyinata qədər Azərkosmos ASC-nin sədr müavini və müvəqqəti rəhbəri vəzifəsində çalışıb.

YUXARI