CƏMİYYƏT30.9.2022 18:30

Prezident İlham Əliyev: Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar

114

Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Bunu Prezident İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərmişdir. Mən Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram. Səfər zamanı apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Qeyd etdiyiniz kimi, sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək – biz Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik. Bu münasibətlə bəri başdan Sizi təbrik edirəm".

YUXARI