DÜNYA5.12.2022 08:02

Polşa Ukraynaya onminlərlə əsgər göndərib

1511

Polşa ölkəni gələcək təhlükədən qorumaq üçün hərbçilərini Kiyevə təlimə göndərir. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun ehtiyatda olan kəşfiyyat zabiti Skott Ritter deyib.

"Varşava Qərbi Ukraynada - 1939-cu ilə qədər Polşanın tərkibində olan ərazilərdə və şəhərlərdə maraqlıdır. Polşa qoşunlarının hərbi əməliyyatlar aparmaq təcrübəsi yoxdur, ona görə də indi onlar faktiki olaraq öz əsgərlərini Ukrayna Silahlı Qüvvələrinin sıralarına göndərirlər ki, onlara döyüşmək üçün təlim keçsinlər. Polşa Ukrayna geyimində on minlərlə əsgərini Kiyev tərəfə göndərib. Vaxtı gələndə bu qoşunlar Ukraynanın qərbinə yerləşəcək, onlar artıq "ölkədə olacaqları üçün" Polşa-Ukrayna sərhədini keçməyəcəklər", - o bildirib.

YUXARI