Polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova “general-mayor” ali hərbi rütbəsi verilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Zaur Zeynalov Vətən müharibəsində qəhrəmanlığı ilə diqqət çəkib. Əslən Salyandan olan 46 yaşlı general, Aprel döyüşlərində də iştirak edib. O, son olaraq Cəbrayılın, Kəlbəcərin və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.