CƏMİYYƏT22.11.2021 12:00

Polis 1200-dən artıq toyda yoxlama apardı

543

Noyabrın 20-21-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1 233 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 1 192 şadlıq sarayında, 41 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 43 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 76 nəfər COVİD-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

YUXARI