DÜNYA27.3.2023 15:56

Peskov Putinin Türkiyəyə səfəri haqqında məlumatı təkzib edib

1754

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya dövlət başçısı Vladimir Putinin Türkiyəyə səfərə hazırlaşması haqqında məlumatı təkzib edib.

Trend bu barədə TASS agentliyinə istinadən xəbər verir.

"Xeyr", - Kreml nümayəndəsi belə bir səfərin hazırlanması barəsində sualı cavablandırıb.

Planlaşdırılan səfər haqqında məlumat bundan əvvəl Türkiyə mediasında işıqlandırılmışdı.

Qeyd edək ki, Rusiya prezidenti türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğanla mütəmadi olaraq telefonla əlaqə saxlayır. Təkcə bu ilin əvvəlindən liderlər arasında altı telefon danışığı olub, onlardan sonuncusu martın 25-də baş tutub. İki ölkənin lideri əyani olaraq sonuncu dəfə ötən ilin oktyabr ayında Astanada görüşüblər. Putin Türkiyəyə sonuncu dəfə 2020-ci ilin əvvəlində "Türk axını" qaz xəttinin işə salınması mərasimində iştirak üçün işgüzar səfər edib.

YUXARI