DÜNYA10.6.2021 09:30

Paşinyanla Koçaryanın tərəfdarları arasında qanlı dava: Yaralılar var (VİDEO)

364

Ermənistanda seçkiöncəsi siyasi gərginlik qalmaqallarla davam edir.

Azvision.az xəbər verir ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın tərəfdarları ilə eks-prezident Robert Koçaryanın tərəfdarları arasında növbəti dəfə dava düşüb.
Məlumata görə, Koçaryanın tərəfdarları Paşinyanın əleyhinə "satqın", "xain" şüaları səsləndiriblər. Bu səbəbdən tərəflər arasında qarşıdurma yaşanıb. İnsident nəticəsindən xəsarət alanlar olub. Onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl də hakimiyyətə iddialı olan Paşinyan və Koçaryanın tərəfdarları arasında dava düşmüşdü.Hadisə Çarentsavan şəhərində baş vermişdi. Belə ki, Nikol Paşinyanın tərəfdarları Robert Koçaryanın rəhbərlik etdiyi "Hayastan" blokunun qərargahına hücum edərək binanı yumurta atəşinə tutmuşdular.
 

YUXARI