CƏMİYYƏT1.8.2024 22:05

Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı məlum olub

2710

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, ümumilikdə indiyə qədər 8825 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

“Onlardan 4622-si MSK-da, 4203 dairə seçki komissiyalarında qeydə alınıb”, - deyə MSK sədri əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

YUXARI