GÜNDƏM15.6.2024 11:00

Parlament seçkiləri 8 sentyabrda keçiriləcək? - MSK

3967

Azərbaycanda növbəti parlament seçkiləri cari ilin sentyabrın 8-də keçirilə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya daxil olan iddiada bildirilib.

Qeyd edilir ki, bəzi partiyalar artıq seçki hazırlığına da başlayıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Mikayıl Rəhimov təmsil etdiyi qurumda seçkilərin sentyabr ayında keçiriləcəyinə dair məlumat olmadığını vurğulayıb:

“MSK hər zaman seçkiyə hazırdır. Amma hələ MSK-da seçkinin nə vaxt keçiriləcəyinə dair məlumat yoxdur".

O ki qaldı parlament seçkilərinin 2025-ci ilin fevralına ertələnməsinə, Mikayıl Rəhimov bu iddiaların əsassız olduğunu qeyd edib:

"Qanun parlament seçkilərinin gələn ilin fevral ayında keçirilməsinə imkan vermir. Konistitusiyaya görə, seçki ən geci bu ilin noyabr ayında keçirilməlidir”.

YUXARI