KRİMİNAL29.9.2022 18:00

“Papanin” və “Kubinka” kimi tanınan ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb

2626

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində, eləcə də Şamil Əzizbəyov, Hüseynbala Əliyev, Namiq Məlikov küçələrində daha bir əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha 8 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotiklərin sosial şəbəkələr vasitəsilə onlayn yolla alqı-satqısını həyata keçirdiklərini bildiriblər.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı paytaxt ərazisində evlərdən silsilə oğurluqlar edən İlkin Salayev tutulub. Onlarla bağlı aparılan araşdırmalar zamanı onun Nəsimi rayonu və paytaxtın digər ərazilərində 18 evdən pul, qızıl-zinət və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Həmin şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyatlar davam etdirilir.

YUXARI