CƏMİYYƏT14.6.2021 20:16

Ötən il respublika ərazisində 7 milyon kiloqram tibbi tullantı formalaşıb - ETSN

645

Ötən il respublika ərazisində 7 milyon kiloqram tibbi tullantı formalaşıb. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov “Ekspert saatı”nda deyib.

O bildirib ki, hər il olduğu kimi, 2020-ci ildə də tibbi tullantılarla bağlı uçotlar aparılıb: “Tibbi tullantılar dörd kateqoriyaya bölünür. Bunun içində COVID-19 virusu ilə bağlı olan tullantılar da mövcuddur. COVİD-19-la bağlı tullantılar 26 min kubmetr təşkil edib”.

YUXARI