XƏBƏRLƏR17.4.2021 12:35

Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib

587

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Nazirlikdən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 2 nəfər xilas edilib.

YUXARI