Yanvarda Azərbaycan vətəndaşları ən çox Türkiyəyə səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bildirilib ki, ötən ay xarici ölkələrə ümumilikdə 147,7 min nəfər səfər edib. Onlardan 36,6%-i Türkiyə, 22%-i Rusiya, 10,6%-i Gürcüstan, 8,2%-i İran, 22,6%-i isə digər ölkələrə gedib.