MƏDƏNİYYƏT, GÜNDƏM, ƏDƏBİYYAT3.9.2020 10:59

Onun adı 3 milyon tirajla buraxılan “US Today”da gedəcək…

6552
Müasir Azərbaycan ədəbyyatının gənc yazıçısı Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam˝ romanı birinci yerə çıxaraq qızıl medalla təltif olunub.Qeyd edək ki, olduqca böyük çəkiyə malik “Readers Favorite” beynəlxalq müsabiqəsi ədəbiyyat sahəsində ən böyük mükafat fondalarından birinə sahib yarışmasıdır.Amerikada keçirilən beynəlxalq müsabiqənin mükafat fondu 95 000 dollardır.Müsabiqənin nəticələri Amerikanın nəhəng nəşriyyatları, film istehsalçıları və mətbuat orqanları tərəfindən izlənilir və yayımlanır. Qaliblərin kimliyi premial press-reliz vasitəsilə bloqerlərdən, jurnalistlərdən, naşirlərdən, kitab sektorunda fəaliyyət göstərən müxtəlif peşə sahiblərindən ibarət 250 000 abunəçiyə çatdırır. Məlumat həmçinin yeniliklərə abunə olmuş 35 000 jurnalistə (buraya “Assosiated Press”, 3 milyon tirajla buraxılan “US Today” kimi aparıcı mətbuat orqanları da daxildir), Yahoo, Google kimi axtarış pltformalarına, Facebook və Twitter sosial şəbəkələrinə də göndərilir. “Publishers Weekly” iki buraxılışında bu müsabiqənin nəticələrini işıqlandıraraq 100 000 kitab sektoru mütəxəssisini qaliblərlə tanış edir.Biz də “Politics.az” ictimai-siyasi media olaraq gənc yazarımızı möhtəşəm qalibiyyəti ilə təbrik edirik.Bu Azərbaycan ədəbiyyatının mükafatıdır.
YUXARI