Nizami, Xosrov və Şirin məsnəvisində kraliça Məhinbanunun qardaşı qızı Şirinə, Xosrovun cariyəsi olmaq məsələsində öyüd verərkən onun ağzından, "Əgər o ay isə, biz də günəşik !
0 Keyxosrov isə, biz də Əfrasiyabıq !’’ demişdir.
Bax. Nizâmî-i Gəncəvî: Hüsrev ü Şîrîn, Tehran, 1370Ş., 222
Burada çox önəmli məqam var ki, bir çox tədqiqatçıların diqqətindən yayınıb. Şirinin bibisi Məhinbanu əsərdə Dərbənd dənizindən Arran və Ərmənə qədər ərazilərin hökmdarı kimi təqdim olunur.
Bax. Nizami Gəncəvi, Xosrov və Şirin, Bakı 2006, s. 89.
Beləliklə Şirinin bibisi olan Məhinbanunun Azərbaycan coğrafiyasında hökm sürdüyü meydana çıxmaqdadır. Məhinbanu, qardaşı qızı ilə evlənmək istəməyən İran Şahına nisbə ilə: "O Keyxosrovdursa, biz də Əfrasiyabıq" deyir və öz Turanlı köklərinə vurğu edir. Deməli Azərbaycanı/Arranı idarə edən Məhinbanu və onun İran Şahı Xosrova aşiq olan qardaşı qızı Şirin Turanlı mənşəyə malik idi. Məlum olduğu kimi Əfrasiyab, Şahnamə və digər xronikalarda adı çəkilən əfsanələşmiş Turan hökmdarı Alp Ər Tonqadır. Beləliklə Nizami Gəncəvi öz yaşadığı coğrafyanı Turan və Turani hökmdar soyu ilə əlaqələndirməkdə idi. Bu önəmli xüsusu öncəki məqaləmdə ifadə etdiyim "Turan Midiyası" tezisi ilə birgə müşahidə etdikdə və buna Mehmet Bayraktarın "Azərbaycan" adının kökəni haqqında tədqiqatları nəticəsində gəldiyi fikri də əlavə etdikdə; "Azərbaycanın Bundaxşində " Âtûrpâtagân" adı ilə verilməsi olduqca qəribədir. Bilindiyi kimi bir rəvayətə görə Zərdüştlüyün ilk atəş məbədi (əfsanəvi) Midiya Kralı Gürşasp zamanında Azərbaycanda açıldığı üçün Azərbaycan adının "Atəş ölkəsi" Mənasını verdiyi deyilmişdir. Lakin "Âtûrpâtagân" adı bizcə "Uca Turan Ölkəsi" mənasına bənzəməkdədir. Çünki bu söz Tur və Patay sözcüklərindən ibarətdir. Tur farsların Türklər və Türksoylular üçün işlətdiyi addır. Cəm şəkilçisi ilə Tur+Ân -dır. Patay isə Pəhləvicə ölkə, Vətən, yer deməkdir."
Bax. Bayraktar M. Medler ve Türkler, səh. 398, dipnot.
Midiya dövlətinin İran dastanlarındakı əfsanəvi Turana daxil olduğunu Türkiyəli tarixçi Şəmsəddin Günaltay da qeyd edir:
"Assurlar daha sonralar Matapim məmləkətinə, yəni Midiyaya girdikləri zaman burada Hanasiruka adında bir başbuğla qarşılaşdıqlarını yenə tabletlərdən öyrənirik. Bu başbuğ adının da Turanî ləhcəyə aid olduğu meydandadır. … Əhəməni dövrü Farslarının Medləri Turanlı saydıqları və Midiyanın əski İran dastanlarındakı Turana daxil olduğu, İran və Yunan mənbələrini qarşılaşdırdığımız zaman şüphəyə yer qoymayan bir aydınlıqla meydana çıxmaqdadır.“
Bax. Günaltay M. Ş. İran Tarihi, Ankara, TTKY., 1948, c. I, s. 99-103.
Azərbaycanın əfsanələrə qarışmış Turan dövlətinin mərkəzi olduğu meydana çıxmaqdadır. Azərbaycan adı Mehmet Bayraktara görə "Turan ölkəsi" deməkdir.
10-cu əsrdə yaşamış Ərəb tarixçisi Məsudi öz yazmış olduğu Müruc əz-Zəhəb (Qızıl Bozqırlar) adlı əsərində Turan hökmdarı Əfrasiyabın məzarının Azərbaycanda olduğunu qeyd edir.
Fars tarixçisi Təbəri isə Turan hökmdarı Əfrasiyabın məzarının Təbriz şəhərində olduğunu Tarix-i Təbəri adlı əsərində yazır. İranlılar tərəfindən hilə ilə öldürülən Turan başbuğunun məzarının Azərbaycanda olduğuna dair bu xronikalar da Əfrasiyabın dövlətinin hərəkət mərkəzinin Azərbaycan olduğunu iddia etməyə əsas verir. Prof. Zeki Velidi Togan da Əfrasiyabın iranlılar tərəfindən Azərbaycanda öldürüldüyünü qeyd edirdi.
Biz Turanı Qobi səhrasında, Monqol çöllərində yox, Azərbaycanda axtarmalıyıq.
Məmmədtağıbəy Nağıbəyov