MƏDƏNİYYƏT8.12.2021 19:20

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir sıra görüşlər keçirib

60

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatında görüşlər keçirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə keçirilən VIII Global Bakı Forumunun nəticələrinin və gələcək əməkdaşlıqların müzakirəsi üçün Genevrədə BMT-nın Qaçqınlar üzrə Ali Komissarın müavini, BMT Baş Katibinin müavini xanım Gillian Triggs və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının Vitse-Prezidenti cənab Gilles Garbannier görüşlər keçirib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvləri Mladen İvaniç, Bosniya və Herzeqovinanın sabiq Prezidenti, Valdis Zatlers, Latviyanın sabiq Prezidenti, İvo Josipovic, Xorvatiyanın sabiq Prezidenti, Zlatko Lagumdzija, Bosniya və Herzeqovinanın sabiq Baş naziri, İgor Luksiç, Monteneqronun sabiq Baş Naziri, Petre Roman, Rumıniyanın sabiq Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov, Baş Katibin müavini İlahə İbrahimli və əməkdaşı Asim Şahsuvarlı iştirak edib.

YUXARI