İQTİSADİYYAT17.11.2022 09:00

Neftin qiyməti 120 dollara yüksələ bilər

204

Önümüzdəki aylarda neft bazarında neftin qiyməti 120 dollar civarına yüksələ bilər və iki il ərzində bu qiymətdə qala bilər.

Axar.az xəbər verir ki, bu barədə “İnsiderə Energy Aspects” şirkətinin eksperti Livia Qallarati deyib.

Bildirək ki, ən qısamüddətli risklər arasında Avropa İttifaqının dekabrın 5-də Rusiya xam neftinin dəniz yolu ilə idxalını qadağan edəcək sanksiyaları var.

Ekspert Avropanın ən böyük enerji təchizatçısı tərəfindən tədarükün kəskin şəkildə azalmasının neft qiymətlərində sıçrayış yarada biləcəyini və dizel kimi neft məhsullarına qarşı növbəti Aİ sanksiyalarının qüvvəyə mindiyi fevral ayında qiymətlərin yeni təzyiqlə üzləşəcəyini vurğulayıb.

YUXARI