CƏMİYYƏT11.5.2021 16:15

Nazir regionda nəqliyyat əlaqələrinin bərpasından danışdı

22

Hesab edirik ki, regionda nəqliyyat əlaqələrinin açılmasına böyük diqqət ayırmaq lazımdır. Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırlıq xarakteri daşıyan işlər intensiv şəkildə davam edir.

"Artıq üçtərəfli işçi qrupunun sədrlərinin 6 iclası keçirilib. Orada böyük həcmdə işlər var və bu məsələlər üzərində ekspert yarımqrupları işləyir. Bəzi məsələlərdə irəliləyiş digərləri ilə müqayisədə daha çoxdur. Buna həm də Ermənistandakı daxili siyasi vəziyyət də təsir edir. Hesab edirik ki, nəqliyyatla bağlı razılaşmalara daha çox diqqət ayrılmalıdır. Əminəm ki, tezliklə bəzi nəqliyyat marşrutları ilə bağlı işlərin başlamasının şahidi olacağıq".
 

YUXARI