MƏDƏNİYYƏT13.9.2021 19:45

Musiqi məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı nazirlikdən AÇIQLAMA

1371

Artıq 2 ildir musiqi məktəblərinə müəllimlərin işə qəbulu aparılmır. Çox sayda insan uzun müddətdir vakansiyaların elan olunmağını səbirsizliklə gözləyir.

Bununla bağlı Mədəniyyət Nazirliyindən verilən açıqlamada bildirilib ki, hazırda məsələ müzakirə olunur və qərar qəbul edildiyi təqdirdə məlumat veriləcək.

Qeyd edək ki, sonuncu dəfə musiqi məktəblərinə müəllim qəbulu 2019-cu ilin iyununda aparılıb və pandemiya şəraiti ilə əlaqədar olaraq son 2 ildir proses dayandırılıb.

Ümumtəhsil məktəbləri üzrə müəllimlərin işə qəbulu isə davam etdirilib.

YUXARI