ELM VƏ TƏHSİL27.5.2022 16:17

Müəllimlərin yerdəyişməsi ilə bağlı vakansiya seçiminin nəticələri açıqlanıb

2537

18-23 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən məlumata görə, müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 953 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb.

Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Bu məqsədlə 6-7 iyun tarixlərində sənədlərin düzgünlüyünün yoxlanılması prosesi həyata keçiriləcək.
Namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə sənədlərini təqdim etmədikdə nəticələri ləğv olunacaq və bu hal həmin namizədin yerdəyişmə etdiyi yerdən imtinası kimi qiymətləndiriləcək.

YUXARI