DÜNYA15.6.2021 08:30

Moskva və Pekin çox yaxınlaşıb, yeni strategiya lazımdır

105

Vaşinqton Moskva ilə Pekin arasındakı əməkdaşlıq səviyyəsinin artmasından narahatdır və iki ölkə ilə bağlı yeni strategiya düşünür.

Axar.az zəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.

“Uzun illər Rusiya və Çin arasındakı münasibətlər taktiki əməkdaşlıq və müvəqqəti tərəfdaşlıq xarakteri daşıyıb ki, bu da hər iki tərəfin marağına xidmət edirdi. Amma Vaşinqtonun fikrincə, son vaxtlar bu əlaqələr daha strateji hal almağa başlayıb. Son on ildə biz narahatlıq yaradan çağırışların şahidi oluruq”, - nəşr qeyd edib.

YUXARI