XƏBƏRLƏR27.3.2023 21:35

Moskva Paşinyanın Rusiya əleyhinə planına sərt cavab verib

1950

Moskva Paşinyanın Rusiya əleyhinə planına sərt cavab verib. Trend TASS-a istinadən xəbər verir ki, Moskva Rusiya Federasiyasının rəhbərliyinə qarşı "qarantlar" fonunda İrəvanın BCM-nin Roma Əsasnaməsinə qoşulmaq planlarını qəbuledilməz hesab edir.

Həmçinin, XİN-dəki mənbəyə istinadən xəbərdə bu kontekstdə Rusiya ilə münasibətlər üçün “son dərəcə mənfi” nəticələrə toxunulur və bu barədə İrəvana xəbərdarlıq edilib.

Qeyd edək ki, martın 24-də məlum olub ki, Ermənistan Konstitusiya Məhkəməsi BCM-nin Roma Statutundan irəli gələn öhdəlikləri konstitusiya kimi tanıyıb. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir. Bundan sonra Roma Əsasnaməsi Ermənistan parlamentində ratifikasiya edilməlidir.

YUXARI