DÜNYA13.8.2022 15:30

MİT-dən əməliyyat: PKK-nın iranlı lideri məhv edildi

597

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində PKK/YPG terror təşkilatına qarşı əməliyyat keçirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

Əməliyyat çərçivəsində təşkilatın rəhbərlərindən sayılan İran əsilli Yusif Mahmud Rəbani ilə birgə "Ruhaz Amude" kod isimli terrorçu Məzlum Əsəd da məhv edilib.

YUXARI