KRİMİNAL4.5.2021 12:03

Mingəçevirdə yol qəzasında xəsarət alanların kimliyi bilindi

958

Mingəçevir şəhərində baş verən yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Hadisə nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib. Onlar Mingəçevir şəhər sakinləri Solmaz Əliyeva və Tamella Ramazanovadır. Xəsarət alan hər iki şəxs "VAZ 21099" markalı avtomobilin sərnişinləri olub.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yol qəzası baş verib. "VAZ 21099" markaklı avtomobillə "Ford" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb, onlardan 4 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, iki nəfər isə xəstəxanaya yerləşdirilib.

YUXARI