CƏMİYYƏT18.5.2022 12:25

Mingəçevirdə restoran sahibi yaşıllıq zolağını bilərəkdən məhv edir?

1330

Mingəçevir şəhərində yaşıllıq zolağı məhv edilir.

Trend-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Görüntüdə Mingəçevir şəhəri, Kür qırağı adlanan ərazidən bəhs edilir.

Ərazidə yaşıllıq zolağında ağacların üz qabığı bilərəkdən soyularaq qurudulur. Təxminən yüzdən artıq ağacın qabığı soyularaq məhv edilir.

Videoda bildirilir ki, ağacların qurudulmasına səbəb ərazidə fəaliyyət göstərən kafe-restoranın böyüdülməsidir. Məlumata görə, "Şamlıq" adlanan kafe-restoranın sahibi bilərəkdən ağacları kütləvi olaraq qurudub, sonradan kəsdirmək istəyir ki, həmin zolağın kənarında olan obyektinin ərazisini genişləndirsin.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı nazirliyin aidiyyəti qurumları tərəfindən araşdırmalara başlanılıb.

YUXARI