GÜNDƏM30.9.2022 12:00

Milli Məclis Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat verib

97

Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclis bəyanat verib. Trend-in məlumatına görə, bəyanatda qeyd edilir ki, Vətən müharibəsinin başlamasının iki ili tamam olur.

"Əldə edilən möhtəşəm zəfər nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib, torpaq itkilərinə, xalqımızın etnik təmizlənməsinə son qoyub", - bəyanatda deyilir.

Bəyanatda vurğulanıb ki, Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğaldan azad edilməsi Azərbaycan tarixində yeni dövr açıb.

"Üçtərəfli bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəliklər hələ də yerinə yetirilməyib. Azərbaycan tərəfindən Ermənistana sülh müqaviləsinin imzalanması üçün 5 təməl prinsip təqdim edilib. Ermənistan bu prinsipləri sözdə qəbul etsə də, bununla bağlı hələ də iş görülməyib. Ermənistan tərəfindən sentyabrın 13-də yenə də təxribata cəhd edilmişdi. Bu gün Azərbaycanın 30 il işğal altında qalan vandalcasına dağıdılan yerlərində bərpa və quruculuq işləri görülür. Təəssüf ki, Ermənistanın müharibə dövründə və müharibədən sonra azad edilmiş ərazilərə basdırdığı mina problemi də var. Lakin heç kimin şübhəsi olmasın ki, Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən diyara çevirəcək" - sənəddə bildirilib.

YUXARI