Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Macarıstanın informasiya texnologiyaları və proqram həlləri sahəsində fəaliyyət göstərən “ARCANUM” şirkətinin icraçı direktoru Elod Biszakla görüşüb.
Milli Arxiv İdarəsində keçirilən görüş zamanı Azərbaycan Respublikasının Dövlət Arxivlərində arxiv işinin elektronlaşdırılması, arxiv sənədlərinin rəqəmsallaşdırılması üzrə görülən işlər, əldə olunan nəticələr haqqında qonağa məlumat verilib.
Adıçəkilən şirkətin icraçı direktoru Elod Biszak təmsil etdiyi şirkətin nailiyyətləri, texnoloji həlləri, o cümlədən kağız əsaslı kitab, qəzet və arxiv sənədlərinin rəqəmsallaşdırılması üzrə öz təcrübələrini bölüşüb.
Sonra əməkdaşlıq perspektivləri müzakirə edilib.