Sui-qəsd nəticəsində güllə yarası alan millət vəkili Fazil Mustafa hal-hazırda TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzdədir və ona bütün zəruri tibbi yardımlar göstərilir. Bunu Trend-ə açıqlamasında TƏBİB-in İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Zamirə Adilova deyib.
O bildirib ki, millət vəkili əməliyyat olunub, vəziyyəti stabildir: "Hazırda onun vəziyyəti stabildir, həyətı təhlükəsi yoxdur. Diaqnozu sağ çiyin və sol budun aşağı nayihələrini dəlib keçən güllə yarasıdır. Hazırda millət vəkili həkim nəzarətindədir".