İQTİSADİYYAT3.6.2024 23:40

Mikayıl Cabbarov və Rövşən Nəcəf Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüblər

12134

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüblər.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə ölkəmizdə enerji səmərəliliyinin, bərpaolunan enerji mənbələrinin artırılması, ənənəvi yanacaq növlərindən istifadənin azaldılmasına diqqət yetirilməsi və digər nəticələr baxımından qazanılan uğurlar diqqətə çatdırılıb.

Tərəflər Azərbaycanın alternativ enerji resurslarından istifadənin intensivləşdirilməsi işində fəal iştirakı, COP29 tədbirindən gözləntilər və iqlim dəyişikliyini tənzimləyən proqramların maliyyələşdirilməsi mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

YUXARI