XƏBƏRLƏR15.5.2021 18:00

Metsamorun fəaliyyəti dayandırıldı

13

Ermənistanda Metsamor AES-in fəaliyyəti təmir məqsədi ilə 141 gün müddətinə dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan AES-in rəsmisi Artur Qriqoryan məlumat verib.

O qeyd edib ki, AES-in ikinci enerji blokunun modernləşdirilməsi istiqamətində son vacib işlər görüləcək və proses artıq bu gündən etibarən başlayıb.

AES-in modernləşdirilməsi istiqamətində işləri Dövlət Atom Enerji Korporasiyasının "Rosatom" elektrik bölməsi həyata keçirəcək.

YUXARI